AZ

UEFA Moratanın yarımfinalda oynayacağını təsdiqlədi

UEFA Alvaro Moratanın İspaniya yığmasının heyətində Avropa çempionatının yarımfinalında oynayacağını təsdiqləyib. Matc.az xəbər verir ki, Ştutqartda baş tutan Almaniya ilə 1/4 final oyununda komandası əlavə vaxtda qələbə qolunu vurduqdan sonra 31 yaşlı futbolçunun sarı vərəqə aldığı bildirilmişdi. Televiziya xəbərləri və UEFA-nın rəsmi saytında əvvəlcə İspaniya komandasının kapitanı üçün xəbərdarlıq göstərilsə də, sonradan sarı vərəqə ləğv edilib. Moratanın özü matçdan sonra jurnalistlərə heç bir xəbərdarlıq almadığını bildirib. “Atletiko”nun hücumçusu 1/8 finalda Gürcüstan üzərində qələbə qazandığı oyunda sarı vərəqə alıb və bu, yenidən sarı vərəqə aldığı təqdirdə bir oyunluq cəza ilə nəticələnə bilərdi. Morata hazırda Münhendə, iyulun 9-da İspaniyanın Fransa ilə keçiriləcək oyununa hazırlaşır.  

Seçilən
86
matc.az

1Mənbələr