İyulun 6-da gecə saatlarında Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Vüsal Şeydayevin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib.
Məlumatla bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə V.Şeydayevə xəsarət yetirməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Nicat Eminov saxlanılıb.
Araşdırmalar zamanı hadisənin tərəflər arasında yaranan mübahisə zəmnində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
23:38
Şirvanda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Şeydayev Vüsal Füzuli oğlu 7 bıçaq zərbəsi ilə Şirvan şəhər xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.