AZ

“Kəpəz”ə ianə kampaniyası fiaskoya uğradı? – təşkilatçıdan qəzəbli açıqlama

Ötən ayın əvvəlində ciddi maliyyə sıxıntıları yaşayan “Kəpəz”ə dəstək məqsədilə gəncəli futbol azarkeşlərinin ianə kampaniyasına start verdiyini yazmışdıq.

Araşdırma zamanı məlum oldu ki, kampaniyanın rəhbəri “Patriot” TV-nin baş redaktoru, həmçinin “Kəpəz” azarkeşi Ceyhun Əliyevdi. Onunla əlaqə saxlayaraq kampaniyanın necə irəlilədiyi haqda ətraflı məlumat aldıq. Ceyhun bəyin “Football-plus.az”a söylədikləri:

“Sözün açığı, burda mənim üzərimə çox yük düşmür. Sadəcə, gənclər məni özlərinə ağsaqqal sayır, rəhbər bilirlər. Digər tərəfdən, hadisələrin axarı zamanı məlum oldu ki, yanılmışıq. Çünki gözləntilərimiz özünü doğrutlmadı. Nəzərdə tutulan məbləğın toplanmasında böyük çətinliklə üzləşmişik. Özünü tərifləyənlər, “Kəpəz” aşiqi olduğunu iddia edənlər yaxasını kənara çəkib. Çoxundan səs-səmir çıxmır. Proses artıq bir aya yaxındı davam edir. Düzü, durğunluqdu. Sinəsinə döyüb “Kəpəz”in rifahını istəyənlər kömək etmək niyyətində deyil. Yenə də geri çəkilməyəcəyik. Daha çox məbləğin toplanması üçün işimizə davam edəcəyik. Ümid edirəm ki, bizim cəsarətimiz sözü ilə əməli üst-üstə düşməyənləri də ürəkləndirəcək, onlar da insafa gələcək. Qeyd edim ki¸ “Kəpəz”ə sponsor tapılsa da, dayanmaq fikrimiz yoxdu. İnşallah, gələn həftə klub rəhbərliyi ilə görüşüb yığılan məbləği təhvil verəcəyik”.

KƏNAN BAHADIR
Seçilən
46
football-plus.az

1Mənbələr