AZ

Ermənistan bu siyasətlə beş ölkəni özünə düşmən edib – Danielyan

İranda seçkilər başa çatdıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Məsud Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib. Bəziləri ümid edir ki, o, islahatçı düşərgəyə mənsub olduğu üçün ABŞ-la münasibətlər normallaşa bilər.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistan mediasına danışan politoloq Stepan Danielyan deyib ki, bundan sonra Tehranla İrəvan arasındakı münasibətlər daha sıx olmalıdır:

“İranda Pezeşkianın prezident seçilməsi Ermənistanın Tehranla daha sıx əməkdaşlığa başlaması üçün yeni imkan yaradır. Lakin bu gün Ermənistan öz mövcudluğu üçün böyük təhlükə yaradan destruktiv siyasət aparır”, – Stepan Danielyan deyib.

Onun fikrincə, Ermənistan region ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır:

“Ermənistan ilk növbədə region ölkələrlə əlaqələri dərinləşdirməlidir. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə xeyli güclənib, bir-birinə yaxınlaşıb, belə olan halda İran, Rusiya və Gürcüstandan ibarət format lazım idi. Biz bu formatı “3+3” və ya Cənubi Qafqaz üzrə bir növ konfransa dəvət də adlandıra bilərik. Burada bütün məsələləri, eləcə də yeni təhlükəsizlik sisteminin formalaşdırılmasını həll etməyə çalışa bilərdik. Lakin Ermənistan bölgəyə regiona aid olmayan ölkələri dəvət etdiyinə görə, ona düşmən münasibət bəsləyirlər. Bu sırada Rusiya, İran, Azərbaycan, Türkiyə və Gürcüstan var”./Globalinfo.az

Seçilən
128
turkustan.az

1Mənbələr