AZ

Rusiya İndoneziyanın seçilmiş prezidentinin səfərinə ev sahibliyi etməyə hazırdır

Rusiya tərəfi İndoneziyanın seçilmiş prezidenti Prabovo Subiantonu andiçmə mərasimindən əvvəl və sonra səfərə qəbul etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın İndoneziyadakı yeni səfiri Sergey Tolçenova istinadən məlumat yayıb.

Diplomat xatırladıb ki, Subianto Rusiyaya bir neçə dəfə səfər edib, o cümlədən bir neçə il əvvəl Qələbə Paradında iştirak edib.

“Biz onu həm İndoneziya Respublikasının Prezidenti kimi andiçməsindən sonra, həm də ondan əvvəl yeni səfərdə qəbul etməyə hazır olacağıq”, – səfir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
nocomment.az

1Mənbələr