AZ

Ağcabədidə yubiley turniri

Ağcabədi rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri keçirildi.

Turnir Ağcabədi Olimpiya İdman Kompleksində 32 nəfər idmançının iştirakı ilə baş tutub. Turnirin keçirilməsində məqsəd gənclər və idman nazirliyinin yaradılmasının 30 illiyinin qeyd olunması, uşaq və yeniyetmələr arasında üzgüçülük idman növünün təbliği və eləcə də onlar arasında perspektivli üzgüçüləri aşkar etməkdən ibarətdir.

Sonda mükafatçılar sırasında yer alan üzgüçülərə diplom və qiymətli hədiyyələr təqdim edildi.

BƏHRUZ MUSAYEV, AĞCABƏDİ

blank
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
futbolinfo.az

1Mənbələr