AZ

Ukrayna Rusiyanın nəhəng silah anbarını məhv etdi - Video

Bu gecə Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus PUA-lar Voronej vilayətindəki silah-sursat anbarına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, 9 min kvadratmetrlik anbarda “yer-yer”, “yer-hava” raketləri, tank və artilleriya üçün mərmilər, atıcı silahlar üçün patronlar saxlanılırdı.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də PUA hücumunu təsdiqləyib.

Onun sözlərinə görə, partlayışın baş verdiyi Podqorensk rayonundan 50 nəfər təxliyə olunub.

Seçilən
74
2
axar.az

3Mənbələr