AZ

Tacikistanın Baş naziri Rusiyaya səfər edib

Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda "İnnoprom" beynəlxalq sərgisində iştirak etmək üçün Yekaterinburqa səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnformasiya Siyasəti Departamenti məlumat yayıb. 

"Koltsovo hava limanında qubernator Yevgeni Kuyvaşev Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzodanı qarşılayıb. Tacikistan nümayəndə heyəti bu gün "İnnoprom" beynəlxalq sənaye sərgisi ərəfəsində Yekaterinburqa gedib", - məlumatda deyilir.

"Innoprom" beynəlxalq sənaye sərgisi Rusiyada və Aİİ-də ən böyük sərgilərdən biridir. 2010-cu ildən etibarən hər il Yekaterinburqda keçirilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
operativmedia.az

1Mənbələr