AZ

Çay ölüm hallarını azaldır - TAPINTI

Uzun müddət çay içmək ürək-damar sistemi ilə bağlı problemlərdən ölüm riskini azaldır.

“Cebhe.info” Britaniyanın "Mirror" tabloidinə istinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri bu qənaətə gəliblər.

Yeni araşdırmanın bir hissəsi olaraq mütəxəssislər ürək xəstəlikləri və məşhur içkilərin pəhrizə əlavə edilməsi sahəsində aparılan əvvəlki 20 araşdırmanı təhlil ediblər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, canlandırıcı içki həm kişilərin, həm də qadınların sağlamlığına müsbət təsir göstərir.

Nəşrin materialından məlum olub ki, çay ürək xəstəliklərindən ölüm hallarını 19% azaldır.

Seçilən
193
cebheinfo.az

1Mənbələr