Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb. "Le Figaro" xəbər verir ki, rusiyayönlü Marin Le Penin partiyası məğlub olub.
LePen
"Ekzit-poll"un nəticələrinə görə, gözlənilmədən seçkilərdə birinci yeri 180-dən 215-ə qədər toplaya bilən ultra solçu Yeni Xalq Cəbhəsi tutur.
İkinci yerdə 150-180 mandatla Emmanuel Makronun prezident koalisiyası gəlir.
LePenin Milli Birlik partiyası isə artıq üçüncü yerdədir və yalnız 120-150 mandata arxalana bilər.
Amma bu üç partiyadan heç biri parlamentdə mütləq səs çoxluğu əldə etmir, bu isə o deməkdir ki, onlar koalisiya danışıqları aparmalı olacaqlar.