AZ

Fransanın Baş naziri İSTEFA EDƏCƏK

Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.

Ednews xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, ayın 7 - də Fransa parlament seçkilərinin ikinci mərhələsində sol cinah partiya surpriz şəkildə qələbə qazanıb.

Əkbər Novruz

Seçilən
113
13
ednews.net

10Mənbələr