AZ

Son bir ildə Naxçıvanda 49 mindən çox işçi - İXTİSARA DÜŞÜB

2024-cü ilin I rübündə Naxçıvanda işləyən əhalinin sayı kəskin aşağı düşüb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, Muxtar Respublikanın işləyən əhalisinin sayı ilk 3 ayda 59,8 min nəfər təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 49,2 min nəfər və ya 45,1% azalma deməkdir.

Say ifadəsinə ən kəskin eniş 25,6 min nəfər (45,5%) azalma Naxçıvan şəhərində baş verib. Ən az azalma isə 1 965 nəfərlə Kəngərli və 1 977 nəfərlə Sədərək  rayonlarında qeydə alınıb.

Faiz ifadəsində isə ən aşağı eniş 37,5% azalma ilə Babək, ən yüksək eniş isə 62,2% azalma ilə Sədərək rayonunda qeydə alınıb.

 

S/n

Rayonlar

I rüb, 2024

I rüb, 2023

İllik müqayisə (nəfər)

İllik müqayisə (%)

Naxçıvan MR

59 778

108 970

49 192

45,1%

1

Babək rayonu

6 633

10 606

-3 973

-37,5%

2

Kəngərli rayonu

2 721

4 686

-1 965

-41,9%

3

Şahbuz rayonu

2 783

4 839

-2 056

-42,5%

4

Şərur rayonu

7 903

14 190

-6 287

-44,3%

5

Naxçıvan şəhəri

30 710

56 341

-25 631

-45,5%

6

Culfa rayonu

3 908

7 405

-3 497

-47,2%

7

Ordubad rayonu

3 918

7 724

-3 806

-49,3%

8

Sədərək rayonu

1 202

3 179

-1 977

-62,2%

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
fed.az

1Mənbələr