AZ

Rasim Balayev əməliyyat olundu - ÖZÜNDƏN AÇIQLAMA

Xalq artisti Rasim Balayev əməliyyat olunub. 

75 yaşlı sənətkarın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.

R.Balayev ayağından əməliyyat olunduğunu açıqlayıb: 

“Sol ayağımda problem vardı. Hərəkət edə bilmədiyim üçün çox əziyyət çəkirdim. Bir müddət fizioterapiyaya getdim, amma heç bir nəticəsi olmadı. Vəziyyətimlə bağlı həkimlər konsilium keçirdilər və qərara aldılar ki, əməliyyat olunmalıyam. İyulun 4-də sol ayağımdan əməliyyat olundum və hazırda vəziyyətim yaxşıdır”. 

Rəşad Əliyev, Bizim.Media

Seçilən
68
bizim.media

1Mənbələr