AZ

Repo əməliyyatları üzrə 226% artım qeydə alınıb 

2024-cü ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651 milyon 527 min manat təşkil etmişdir. Birjada 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 828 milyon 767 min manat təşkil etmişdi. Beləliklə, Birjanın dövriyyəsi 2024-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

Bu barədə FED.az BFB-nin statistikasına istinadən xəbər verir.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 64%, dövlət qiymətli kağızların ticarət həcmində isə 15%, repo əməliyyatları üzrə 226% artım qeydə alınıb. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 144% artım baş verib.

2024-cü ilin İyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 811 min manat təşkil etmişdir.

Qeyd edək ki, Bakı Fond Birjasında (BFB) dövriyyənin kəskin artması əsasən dövlət istiqrazları üzrə repo əməliyyatlarının kəskin artması ilə əlaqədardır. Dövlət qiymətli kağızları ilə repo əməliyyatlarının həcmi 2024-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq  11 milyard 186 milyon 413 min manat təşkil edib. 

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
113
1
fed.az

10Mənbələr