AZ

Zirkzee İngiltərə klubuna keçə bilər

“Mançester Yunayted” Coşua Zirkzeeni transfer etməyə yaxındır.

İngilislər niderlandlı futbolçu ilə şəxsi razılıq əldə ediblər. Apasport.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Zirkzee ötən mövsümü İtaliyanın “Bolonya” klubunda keçirib və uğurlu çıxışı ilə diqqət çəkməyi bacarıb.23 yaşlı hücumçu Seriya A-da 37 oyuna çıxıb, 12 qol və 7 qol ötürməsi ilə yadda qalıb. 

Qeyd edək ki, Zirkzee bu vaxta qədər “Bayern Münhen”, “Anderlext”, “Parma”, “Feyenoord” və “Ado Den Haaq” klublarında forma geyinib.

  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
apasport.az

1Mənbələr