Türkiyənin "Fənərbağça" klubu müdafiəçisi Sərdar Əzizlə yollarını ayırıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü baş məşqçi Joze Mourinyo ilə görüşdükdən sonra təlim-məşq düşərgəsindən ayrılıb.
Qeyd edək ki, S.Əziz 2018-ci ildən "Fənərbağça"da çıxış edib.O İstanbul təmsilçisində cəmi 135 matçda iştirak edib. 33 yaşlı futbolçu bu matçlarda 11 qol vurub, 6 məhsuldar ötürmə edib. Serdar Əziz də "sarı-göylər"in formasında 42 sarı və 2 qırmızı vərəqə alıb.