AZ

Neftçala rayonunda Şəhid Camal İsmayılovun anım tədbiri keçirilib - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Camal İsmayılovun anadan olmasının 40-cı ildönümü münasibətilə Neftçala rayonunda şəhidimizin adını daşıyan İncəsənət Məktəbində anım tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, məktəblilər, Neftçala rayonundan olan şəhid ailələri və qazilər, həmçinin "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri və nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, məktəb tərəfindən təşkil olunan bu anım tədbiri, şəhidimizin xidmətlərinə və fədakarlığına hörmət ifadə edir və onun qəhrəmanlığına minnətdarlığını bəyan edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
qht.az

1Mənbələr