“Opta Sports” statikstik internet-portalının superkompüteri Amerika Kuboku 2024-ün 1/4 finalından sonra yarışın favoritlərini müəyyənləşdirib.
Arena.az məlumat verir ki, “dəmir parçası” Amerika Kuboku 2024-ün qalibi adına əsas namizəd olaraq, Argentina yığmasını görür.
Süni beyin “albiseleste”nin çempionluq imkanlarını 52% olaraq qimətləndirir.
Uruqvay yığmasının çempionluğa imkanı 27%, Kolumbiya yığmasının isə 17% olaraq superkompüterin beynindən keçir.
Cənubi Amerika nəhənglərinin mənzərəsində “iddialı cırtdan” – Kanada yığması isə superkompüterə görə Amerika Kubokunu qazanmaq üçün cüzi – 4% imkana malikdir.
Xatrladaq ki, yarışın yarımfinalında Argentina – Kanada oyunu iyulun 10-da, Kolumbiya – Uruqvay oyunu isə iyulun 11-də keçiriləcək.
2024-cü il Amerika Kubokunun final oyunu isə iyulun 14-də baş tutacaq.