AZ

Küveyt və İraq Azərbycan istehsalı KLASS əyləc bəndlərinin idxalında maraqlıdır

Bakı, TurkicWorld

Küveyt və İraqdan olan iş adamları Azərbycan istehsalı olan KLASS əyləc bəndlərinin idxalında maraqlıdırlar.

Bu haqda TurkicWorld-ə “BRAKE SYSTEMS AZERBAİJAN” şirkətindən bildiriblər.

Məlumatda qeyd olunub ki , hər iki ölkədən olan iş adamları müəssisədəki iş prosesi ilə, eləcə də istehsal prosesi ilə tanış olublar.

“İş adamları Azərbaycan istehsalı olan KLASS əyləc bəndlərinin bu gün İraq və Küveytdə olan analoji Çin məhsullarını üstələyə biləcəyini bildiriblər. Bundan əvvəl hər iki ölkəyə istehsal etdiyimiz əyləc bəndlərindən müxtəlif nümunələr göndərmişdik”-deyə şirkətdən bildiriblər.

Məlumat üçün bildirək ki, “BRAKE SYSTEMS AZERBAİJAN” MMC, Hacıqabul sənaye parkının rezidentidir və bu gün müəssisənin istehsal etdiyi məhsul Azərbaycan bazarına ən çox tələbat olan əyləc bəndlərindən biridir.

Qeyd edək ki, “BRAKE SYSTEMS AZERBAİJAN” MMC 2020-ci ildə təsis edilib. Müəssisə "Klass" brendi adı altında, Azərbaycanda ilk dəfə olaraq əyləc bəndlərinin istehsalını qurub.

Müəssisə məhsul sınaqlarını başa vuraraq, yüksək keyfiyyətli məhsul istehsalına nail olub və hazırda 200-dən artıq avtomobil modelləri üçün əyləc bəndləri istehsal etmək imkanına malikdir.

Məhz "Klass" Brendinin bütün Texnoloji standartlara və Keyfiyyət standartlarına uyğun məhsul istehsal etməsi, Keyfiyyətə Nəzarət Sistemi tərəfindən öz təsdiqini tapıb.

Müəssisənin müasir avandanlıqlar və peşakar işçi qüvvəsinə malik olması, məhsulların keyfiyyət göstəricilərini özündə əks etdirən başlıca amillərdən biridir.

İstehsal edilən əyləc bəndləri sabit sürtünmə səviyyəsi, aşınma müqaviməti, yüksək vibrasiya udma və aşağı səs istehsalı ilə hazırlanması şirkəti fərqli edən əsasə cəhətlərdəndir.

"BRAKE SYSTEMS AZERBAİJAN" MMC-nin istehsal etdiyi əyləc bəndləri, Azərbaycan bazarında və bir sıra ölkə bazarlarında istehlakçılar tərəfindən daim seçilib və öz növbəsində ən etibarlı əyləc bəndi ünvanına sahip olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
turkic.world

1Mənbələr