AZ

Adil Əliyev icra başçısı TƏYİN EDİLDİ – YENİLƏNİB

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Medianews.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.

12:54

Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı xəbər yayılıb.

Medianews.az xəbər verir ki, bu barədə azpolitika.info məlumat yayıb. İddia olunub ki, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.

Sayt yazır ki, məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu, Adil Əliyevdir.

Məsələ ilə bağlı yayılan məlumatı dəqiqləşdirmək üçün Adil Əliyevlə əlaqə saxladıq. Adil Əliyev Musavat.com-a açıqlamasında yazılanlara bu cür reaksiya verdi: “Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm”.

Seçilən
1
43
medianews.az

10Mənbələr