AZ

Millimiz “ekvator”da

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının sabah start götürəcək Bordo mərhələsi ərəfəsində turnirin ümumi cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, əvvəlki 12 mərhələdə ümumilikdə 47 komanda iştirak edib.

Azərbaycan yığması 95 xalla 24-cü pillədə qərarlaşıb. Turnir cədvəlinin “ekvator”unda qərarlaşan millimiz Qəbələdə 45, Klermon-Ferranda 50 xal toplayıb.

Digər təmsilçimiz “Baku Flames” 35 xalla 45-cidir. Bu xallar Qəbələ mərhələsində əldə olunub.

Qeyd edək ki, cədvələ 410 xala malik Kanada yığması başçılıq edir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
idman.biz

1Mənbələr