AZ

Azərbaycanın soyuducu istehsalı 70 faizə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 175 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 382 ədəd və ya 68,6% azdır. 2023-cü ilin ilk beş ayında Azərbaycanda 557 ədəd məişət soyuducuları və dondurucuları istehsal olunub.

Qeyd edək ki, 2024-cü ilin iyun ayının 1-i vəziyyətinə görə ölkədə istehsal olunan məişət soyuducuları və dondurucuları ehtiyatının sayı 49 olub.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
valyuta.az

2Mənbələr