AZ

Rusiya iyulun 8-də raket hücumlarına 250 milyon dollar xərcləyib -“Forbes“

Xəbər veridiyimiz kimi Rusiya iyulun 8-də Ukraynaya genişmiqyaslı raket hücumu həyata keçirib. Forbes yazır ki, Kreml buna təxminən 200-250 milyon dollar xərcləyib.

Məqalədə qeyd edilir ki, bu gün Rusiya Federasiyası Ukraynaya havadan, dənizdən və yerdən 38 raket atıb.

Bunlar bir X-47M2 "Kinjal" aeroballistik raketi, dörd "İsgəndər-M" ballistik raketi, bir 3M22 "Zirkon" qanadlı raket, 13 ədəd X-101 qanadlı raketi, 14 "Kalibr" qanadlı raketi, iki X-22 qanadlı raketi, üç idarə olunan təyyarə raketləri olan X-59/Xh-69 olublar.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələri 38 raketdən 30-nu məhv etməyə müvəffəq olub. Vurulan raketlərin dəyəri 160-200 milyon dollar arasında qiymətləndirilir.

Nəşr enerji sektoruna dəyən zərərlərdən də yazıb.

“Kiyev İqtisadiyyat Məktəbinin (KSE) 2024-cü ilin may ayına olan məlumatlarına görə, Rusiya Federasiyasının tammiqyaslı işğalı nəticəsində Ukraynanın enerji sektoru 56,2 milyard dollar həcmində  maliyyə itkisinə məruz qalıb”,- məqalədə yazılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Seçilən
117
50
news365.az

10Mənbələr