AZ

Rusiya İsveç üçün ən böyük təhlükə və təhdid mənbəyi olaraq qalır

İsveç hökuməti yeni milli təhlükəsizlik strategiyasını təqdim edib. Orada bildirilir ki, ölkə üçün ən böyük təhlükə Rusiyadır və əsas diqqət hər cür şəkildə təhlükəsizlik səviyyəsinin artırılmasına yönəldilməlidir.

Müdafiə naziri Pol Conson strategiyanı təqdim edən mətbuat konfransında deyib: “Rusiya milli təhlükəsizliyimiz üçün ən böyük və ən ciddi təhdiddir”.

Hökumətin fikrincə, İkinci Dünya Müharibəsindən sonra İsveç üçün təhlükəli vəziyyət əmələ gəlib. "Ukraynadakı müharibə xəritəni dəyişir və bu, İsveçin təhlükəsizliyini şübhə altına alır", - Baş nazir Ulf Kristersson deyib.

Oxuməni.az

Seçilən
43
1
oxumeni.az

2Mənbələr