AZ

İranın Qum şəhərində hava çirkliliyinə görə dövlət qurumları bağlanıb

İranın Qum şəhərində havanın çirklənməsi səbəbindən dövlət müəssisələri və məktəblər bağlanıb.

İranın rəsmi xəbər agentliyi İRNA Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi yazılı açıqlamanı yayıb.

Açıqlamada hava çirkliliyi səviyyəsinin narıncıya yüksəldiyi, toz və qum fırtınalarının sözügedən çirkliliyi artırdığı bildirilib.

Tənəffüs və ürək xəstəlikləri olanlara zərurət olmadıqca çölə çıxmamaları tövsiyə edilib.


Seçilən
97
23
news365.az

10Mənbələr