AZ

Litva İsveçdən 147 milyon avro dəyərində HHM sistemləri alacaq

Litva İsveçdən 147 milyon avro dəyərində qısa mənzilli mobil hava hücumundan müdafiə alacaq.

525.az APA -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“RBS70 NG (MSHORAD) sistemi İsveçin Saab Dynamics şirkəti tərəfindən hazırlanıb. Müdafiə Resursları Agentliyi 147 milyon avro dəyərində təchizat müqaviləsi imzalayıb”, - Litvanın Müdafiə Nazirliyi qeyd edib.

Hərbi texnikanın tədarükü 2025-2027-ci illər üçün nəzərdə tutulub. Müqaviə üzrə tədarük ediləcək texnikanın miqdarı açıqlanmayıb.






















Bizi İnstagramda izləyin

Seçilən
95
2
525.az

9Mənbələr