AZ

Millimiz Ermənistana qarşı

Bu gün 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarışın qrup mərhələsində I turun matçları baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması turnirdə ilk görüşünə çıxacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Ermənistanla üz-üzə gələcək. Qrupun digər görüşündə Gürcüstanla Kipr qarşılaşacaq.

Qeyd edək ki, millimiz iyulun 10-da saat 12:30-də Gürcüstan, ayın 11-də saat 12:30-də Kiprlə görüşəcək.

U-16-lar arasında Avropa çempionatı
C divizionu, A qrupu
I tur, 9 iyul
15:00. Ermənistan – Azərbaycan

Cəbəllütariq. “Tersentenari” İdman Zalı

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
idman.biz

1Mənbələr