AZ

Azərbaycan beşinci nəsil qırıcılar alır? - AÇIQLAMA

Türkiyə 150-yə yaxın zamanda beşinci nəsil KAAN qırıcısını ilk istehsal partiyasını müttəfiqlərinə təhvil verəcək. Türk “əjdaha”larinı ilk qəbul edəcək ölkələrdən biri də Azərbaycandır.

News365.az xəbər verir ki, bu barədə qırıcı təyyarələr hazırlayan dövlət aerokosmik şirkəti TUSAŞ məlumat yayıb:

“Birinci mərhələdə Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 100-dən çox ədəd istehsal etmək niyyətindəyik. Dost və müttəfiq ölkələr üçün təxminən eyni sayda döyüş qırıcısı istehsal olunacaq. Hazırda bir neçə ölkə KAAN-a ciddi maraq göstərir. Dəqiq desək, söhbət 150 vahiddən gedir. İlkin olaraq təxminən 250-300 təyyarə istehsal etməyi planlaşdırırıq”.

Azərbaycan Türkiyənin tərəfdaşı olduğu üçün ilk alıcı ölkələr sırasında qərarlaşıb. Qırıcının komponentlərindən biri Azərbaycanda istehsal olunur. Ötən ilin yayında Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Şirkət ilk qırıcıların 2025-ci ildə hazır olacağını qeyd edib. Bundan sonra əsas sınaq uçuşları başlayacaq. İlk 20 təyyarəni 2028-ci ildə təhvil verməyi planlaşdırırıq.

Türk qırıcısı ilk uçuşunu bu ilin fevralında edib. KAAN-ın seriya istehsalına başlaması ilə Türkiyə beşinci nəsil təyyarə istehsal edən beş ölkədən biri olacaq.

Qırıcı səsdən yüksək sürətlə dəqiq zərbələr endirə bilir. Süni intellekt sistemləri və neyron şəbəkələrə dəstək isə təyyarəni əlavə imkanlarla təmin edəcək. Hərbi təyyarənin radar dalğalarını söndürə bilən kompozit materiallardan hazırlandığı bildirilir. Bəzi cəhətlərə görə KAAN İsrail və ABŞ Hərbi Hava Qüvvələrində xidmətdə olan Amerika F-35-lərindən üstündür.

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
news365.az

1Mənbələr