AZ

"Qarabağ"ın Çempionlar Liqasındakı cavab oyununa hakim təyinatları açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ"ın Bakıdakı oyununa ukraynalı hakim təyinat alıb.
Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" bu raundda "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcəklər. Azərbaycan çempionu ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
oxu.az

10Mənbələr