AZ

Baş prokuror Vyanada

İyulun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasına işgüzar səfərdədir.

Avstriyanın baş prokuroru Margit Vaxberger nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kamran Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib. 

Görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, terrorçuluqla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb. 

XQ

 

Seçilən
101
18
xalqqazeti.az

10Mənbələr