AZ

İran raket istehsalını artırdı – Bu ölkələrə göndərəcək

İran ballistik raket istehsalı üçün iki əsas obyekti genişləndirib. Bu, Tehranın Rusiyaya raket tədarük etməyə razı olduğu iddia edilən 2022-ci ilin oktyabr razılaşmasından sonra baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

ABŞ və İran rəsmilərinin dediklərinə görə, Tehranın raket arsenalı artıq Yaxın Şərqdə ən böyüyüdür. Molla rejiminin təxminən 3000-dən çox raketinin olduğu təxmin edilir.

Anonimlik şərti ilə üç İran rəsmisi ballistik raketlərin istehsalını artırmaq məqsədilə obyektlərin genişləndirildiyini təsdiqləyib. Yeni müəssisələrin bəziləri PUA istehsalını da iki dəfə artıracaq.

İran rəsmilərindən biri Rusiyaya dron və raket, “Ənsaralah” qruplaşmasına (Husilər) PUA, “Hizbullah”a isə raketlərin göndəriləcəyini açıqlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl bəyan etmişdi ki, İran Rusiyanı açıq şəkildə təkcə pilotsuz təyyarələr yox, həm də raketlərlə təmin edir.

“Bild”in yazdığına görə, İran ilk dəfə Ukraynaya qarşı istifadə edilmək üçün Rusiyanı ən son “Qaim-5” aviabombaları ilə təmin edib. Alman nəşrinin fikrincə, bu, Tehranla Kreml arasında hərbi əməkdaşlığın yeni səviyyəsindən xəbər verir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
teleqraf.com

1Mənbələr