AZ

ABŞ-dən Asiyaya neft supertankerlərinin yükdaşıma tarifləri 20% azalıb

Asiyaya əsas marşrutlar üzrə neftin çatdırılmasının dəyəri azalıb.

İqtisadiyyat.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-dən Asiyanın əsas bazarlarına VLCCs (təxminən 2 milyon barel tutumlu okeanüstü neft supertankerləri) üçün yük tarifləri mayın sonundan etibarən 20%-dən çox, Yaxın Şərqdən Çinə isə 57%-dən çox aşağı düşüb.

Bildirilib ki, bu, artıq bu il Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının nəticələri ilə məşğul olmuş və Asiyanın bir sıra əsas limanlarında əhəmiyyətli marşrut dəyişikliyinə və tıxaclara səbəb olmuş tanker operatorları üçün problem yaradır. Bundan əlavə qeyd olunur ki, trafikin həcminin azalması neft bazarı üçün bu xammalın dünyanın ən böyük idxalçısı olan Çində yanacaq istehlakının azalması ilə bağlı mühüm siqnal ola bilər.

Mövsümi təmirdən sonra bəzi neft emalı zavodlarında hasilatın gözləniləndən daha yavaş bərpası, eləcə də əsas təchizatçılardan satınalmaların azalması səbəbindən Çinin neft tələbi son aylarda zəifləmiş ola bilər. Nəticədə Çinə gedən supertankerlərin sayı təxminən iki ilin ən aşağı səviyyəsinə düşüb.

Analitiklərin məlumatına görə, qlobal miqyasda supertankerlər də daha az uzun məsafəli reyslər edir. Bildirilir ki, ABŞ və Braziliyadan Asiyaya daşınmalar iyun ayında əvvəlki ayla müqayisədə müvafiq olaraq 10% və 52% azalıb. Bundan əlavə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanından tədarük keçən ay 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Supertankerlərə olan tələbatın azalması indiyədək ən azı üç VLCC-nin Avropaya çatdırılması üçün neft daşımaqdan dizelə keçməsinə səbəb olub.

 

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
iqtisadiyyat.az

2Mənbələr