AZ

Sürücüləri çaşdıran nişan: Düzünə də, sola da Astara - VİDEO

Yola quraşdırılmış nişan sürücüləri çaş-baş salıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb. Belə ki, məlumatverici lövhənin üzərində düzünə və sola Astara yazılıb. Bu yoldan istifadə edən sürücülərdən biri hər iki istiqamətə Astara yazılamasına görə çaş baş qalıb. O, bu iki istiqamət arasındakı fərqin nədən ibarət olduğunu anlamayıb. Sosial şəbəkə istifadəçiləri düzünə Astara şəhərinin özünə, sola isə Astaranın kənarından keçən yola getdiyini bildiriblər.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
avtosfer.az

1Mənbələr