AZ

Maşını vəsiqəsiz, nömrəsiz sürüb “şou” göstərən avtoxuliqan qazi - 77-EN-928 - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 77-EN-928 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edərək təhlükə yaradıb. Belə ki, əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Eyni zamanda o, maşını ön və arxa dövlət nömrə nişanı olmadan idarə edib. Bununla kifayətlənməyən sürücü “avtomobili sürücülük vəsiqəsi olmadan günün istənilən saatlarında sürürəm” deyərək paylaşımında qeyd edib. 

Qeyd edək ki, qayda pozan sürücü sosial şəbəkə hesabında qazi olduğunu bildirib.

Xatırladaq ki, sürücünün törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər. Avtomobili sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan sürmək Məcəllənin 332.2-ci və 342.7-ci maddələrinə əsasən, 100 manat məbləğində cəriməylə  nəticələnir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
avtosfer.az

1Mənbələr