AZ

Ət, süd, yumurta istehsalı artıbsa, qiymət niyə ucuzlaşmır?

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib. 

“Cebhe.info” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd stehsalı 0,6%, yumurta istehsalı 7,1% artıb, yun istehsalı isə 2,6% azalıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür. 

Maraqlıdır, istehsal artdığına görə ət, süd və yumurtanın qiyməti ucuzlaşacaq? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, yumurtanın qiyməti ucuzlaşıb, lakin digər məhsulların qiyməti ucuzlaşmayıb: 

“Çünki reallıqda ət istehsalı yetərli səviyyədə deyil. Ölkəmizdə ət qıtlığı var. Bu səbəbdən ətin qiyməti artır. 

Təkcə bu il qoyun əti və mal ətinin kilosi 2-3 manat bahalaşıb. Belə olan halda istehsal artımından danışıla bilməz. Əgər istehsal artsaydı, o zaman ölkəmizə ət idxalı azalmalıydı. Lakin gözlənildiyi kimi, ət idxalı azalmaq əvəzinə artmaqda davam edir”. 

O qeyd edib ki, açıqlanan statistika həqiqəti əks etdirmir: 

“Dövlət Statistika Kömitəsi tərəfindən açıqlanan rəqəmlər sadəcə siyası rəqəmlərdir. Bu rəqəmlərin praktikada heç bir sübütu yoxdur. Çünki idxal rəqəmlərinə baxsaq, görərik ki, ət idxalı ildən-ilə artmaqda davam edir. Bu səbəbdən yenidən statistikaya nəzər salınmalıdır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
cebheinfo.az

1Mənbələr