AZ

Bakıda xəstə həkimin kabinetinə od vurdu

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılıb.

FHN əməkdaşları 9 saylı poliklinikada baş vermiş yanğını qısa müddətdə söndürüblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, sözü gedən poliklinika 9-cu mikrorayonda yerləşir.

Seçilən
93
anspress.com

1Mənbələr