AZ

Sülh müqaviləsi... NƏ QƏDƏR REALDIR? - AKTUAL

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrda Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.Bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan bildirib.Əvvəlki görüşdə əldə olunmuş ilkin razılığa əsasən, Alen Simonyan və Milli Məclisin sədri arasında növbəti görüş noyabrda Cenevrədə baş tutacaq.Sosial Tədqiqatlar Mərkəzini departament rəhbəri Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, sülh müqaviləsinin imzalanmasına yaxın bir tendensiya müşahidə edilir:“Ermənistan tərəfi 1 ay müddətinə sülh danışıqlarında yekun nəticəyə gəlməyin mümkün olduğunu vurğulayırlar. Son zamanlar bununla bağlı Ermənistan tərəfindən irəliləyişlər var. Sadəcə olaraq bağlanacaq ratifikasiyası parlamentlər çərçivəsində həyata keçirildiyinə görə belə görüşlər olmalıdır. Onlar iki ölkə arasında razılaşdırılan sənədlərin rəsmiləşdirilmə mərasimini parlamentlər vasitəsilə həyata keçirəcəklər. Hansı sənədlərin olması isə bəlli deyil. İki tərəf arasındakı danışıqlardan doğan nəticə ola bilər. Ermənistan konstitusiyasının dəyişdirilməsi Paşinyan administrasiyası hakimiyyətinin müxtəlif qolları Azərbaycanla münasibətdə müsbət nəticəyə nail olması ilə fərqlənir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
patriot.az

2Mənbələr