AZ

7 milyon kilometr qət etmiş avtomobil - FOTO

İspaniyanın Kanar adalarında taksi kimi istifadə edilən “Mercedes-Benz W123” artıq 7 milyon kilometr qət edib.

Avtosfer.az xəbər verir ki, 240D modelinin uzun versiyası 1986-cı ildə istehsal edilib. Avtomobilin sahibi onu 1988-ci ildə əldə edərək taksi fəaliyyətinə başlayıb. Turistlərin hər zaman bol olduğu adada avtomobil gündə 700 km qət edir. Maşına ildə 52 dəfə, yəni hər həftə sonu yağ dəyişdirilir. İstismar müddətində 2,4 litrlik dizel mühərriki bir dəfə dəyişdirilib.


Avtomobil 4 milyon km qət etdikdən sonra restavrasiya edilib, bəzi hissələr W124 modelinin detalları ilə əvəzlənib. Avtomobilin sahibi onu "Ginnesin rekordlar kitabı"na daxil etməyə çalışır.

Vüqar

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
avtosfer.az

1Mənbələr