"Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə Bayden administrasiyası eskalasiya potensialını məhdudlaşdırmalıdır".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ nümayəndəsi Uorren Devidson deyib.
Onun sözlərinə görə, Bayden Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq üçün bir sıra qırmızı xətlər yaradıb. Lakin ABŞ prezidentinin hər dəfə xarici təzyiqlərə boyun əyməsi və bu xətləri keçməsinin nəticəsi ağır ola bilər:
"Baydenin rəhbərliyi altında ABŞ üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər".
Gülşən Şərif