AZ

Neftin qiyməti 91 dollara yüksələcək - Hesabat

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 84,15 dollardan 86,37 dollaradək korrektə edib.

Bakıvaxtı.az-ın  məlumatına görə, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında qeyd olunur.

Bildirilib ki, 2025-ci ildə “Brent” markalı neftin bir barelinin qiymətinin 88,38 dollara çatacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 3,5% çoxdur.

Administrasiya qeyd edib ki, “qara qızıl”ın kotirovkaları OPEK+ qərarları səbəbindən iyunda təxminən 75 dollara endikdən sonra iyulun əvvəlində 88 dollara yüksəlib:

“Neftin qiymətinin iyunda orta hesabla 82 dollardan ilin sonunda 89 dollara, 2025-ci ilin birinci rübündə isə 91 dollara yüksələcəyini gözləyirik”, - məlumatda vurğulanıb./report

Seçilən
101
4
bakivaxti.az

6Mənbələr