AZ

Rusiyada zəhərlənərək xəstəxanaya yerləşdirilən uşaqların sayı 46-ya yüksəlib

Rusiyanın Tıva Respublikasında "Çağıtay" düşərgəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən uşaqların sayı 46-ya çatıb.

Qaziler.az bildirir ki, bunu iyulun 10-da respublikanın səhiyyə naziri Anatoli Yuqay öz Teleqram kanalında bildirib.

“Hazırda 46 uşaq və bir müəllim xəstəxanada müalicə alır”, - deyə o, hər kəsin, o cümlədən reanimasiyada olan qızın vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını qeyd edib.

Yuqay onu da bildirdi ki, həmin gün sanitar-epidemiya əleyhinə komissiyanın iclasında idarələrarası əməkdaşlıq çərçivəsində uşaq səhiyyə müəssisələrində bağırsaq infeksiyalarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsinə dair protokol qərarı qəbul edilib.

“Səhiyyə Nazirliyi uşaqların, o cümlədən yerli tibb təşkilatlarında müşahidə altında olanların vəziyyətini izləyir”, - deyə o əlavə edib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
qaziler.az

1Mənbələr