AZ

Minik avtomobillərində yanğın söndürülüb

Sumqayıt şəhərində “Volkswagen” markalı minik avtomobilinin salonunda yanğın baş verib. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib. 

Məlumata görə, avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Başqa bir məlumatda bildirilir ki, Mingəçevir şəhərində “Opel” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Nəticədə “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Saatlı şəhərində isə “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
xalqqazeti.az

1Mənbələr