ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 84,15 dollardan 86,37 dollaradək korrektə edib.
Fins.az-ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” markalı neftin bir barelinin qiymətinin 88,38 dollara çatacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 3,5% çoxdur.
Administrasiya qeyd edib ki, “qara qızıl”ın kotirovkaları OPEC+ qərarları səbəbindən iyunda təxminən 75 dollara endikdən sonra iyulun əvvəlində 88 dollara yüksəlib:
“Mövcud qiymət artımı bazar iştirakçılarının dünya neft ehtiyatlarını yenidən qiymətləndirməsi və OPEC+ hasilatının azaldılmasının hələ də bazar şərti olaraq qaldığına əmin olması ilə bağlıdır. Neftin qiymətinin iyunda orta hesabla 82 dollardan ilin sonunda 89 dollara, 2025-ci ilin birinci rübündə isə 91 dollara yüksələcəyini gözləyirik”, - deyə məlumatda vurğulanıb.
“WTI” markalı neftin qiyməti isə 2024-cü ildə 86,37 dollar/barel, 2025-ci ildə isə 88,38 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Kaira Agayeva
Fins.az