AZ

Prezidentin köməkçisi: Azərbaycanda 6 milyon 334 min 444 seçici var

2022-2024-cü illərdə 2,5 milyon ev təsərrüfatına baxış keçirilib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cü il iyunun 28-nə olan nəticələrə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 vətəndaş var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
14
azerforum.com

10Mənbələr