AZ

Gürcüstana daha bir zərbə

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Gürcüstan hökumətinin kursuna görə ölkənin Aİ-yə daxil olması prosesi dayandırılıb.

 

Oxu24.com xəbər verir ki, bundan əlavə, səfirin sözlərinə görə, Almaniya indiki mərhələdə Gürcüstan qarşısında yeni maliyyə öhdəlikləri götürməmək qərarına gəlib.

 

“Gürcüstanın üzvlük prosesi dayandırılıb, bu, hazırda Avropa İttifaqının siyasətidir. Bu çox bezdiricidir. Biz mümkün qədər tez irəli getməliyik, irəli getmək istəyirik, lakin üzvlük prosesinin sürəti və keyfiyyəti namizəd ölkənin öz əlindədir.

 

Mən Almaniya tərəfdən danışacam və deyim ki, biz Gürcüstanla da münasibətlərimizə baxırıq, bizim çox uzun və dərin əlaqələrimiz var. ABŞ ilə birlikdə biz Gürcüstan üçün inkişaf əməkdaşlığının ən böyük donorlarından biriyik. Biz Gürcüstanla bağlı yeni öhdəliklər götürməmək qərarına gəldik”, - deyə Fişer vurğulayıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
oxu24.com

1Mənbələr