AZ

Avropa İttifaqı fələstinli qaçqınların öldürülməsini qınadı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Avropa İttidaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel İsrail ordusunun Qəzza zolağının Xan Yunus şəhərindəki məktəbə hücumları qınayaraq, hücumu törədənlərin məsuliyyətə cəlb edilməli olduğunu söyləyib. 

Qeyd edək ki, həmin məktəbdə qaçqınların yaşadığı bildirilir.

Borrel X hesabındakı paylaşmada Xan Yunus şəhərindəki məktəbə sığınmış onlarla fələstinli qaçqının hücum nəticəsində həlak olduğunu bildirərək yazıb: "Günahsız dinc sakinlər bu münaqişənin yükünü daha nə qədər çəkəcək? Beynəlxalq hüququn pozulmasını qınayırıq. Müqəssirlər cavab verməlidirlər". O, mühasirədə qalan dinc sakinlərin nəfəs alması, bütün əsirlərin azadlığa buraxılması, humanitar yardım çatdırılması üçün dərhal atəşkəs elan edilməsini tələb edib.

Dünən İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki məktəbə sığınmış fələstinli qaçqınlara qarşı hücumu zamanı 29 nəfərin həlak olduğu, azı 53 nəfərin yaralandığı bildirilir.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
hurriyyet.az

1Mənbələr