AZ

Azərbaycanda turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Görüş çərçivəsində turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması, istehlakçı məmnuniyyətinin təmin edilməsi və keyfiyyətli xidmətin həyata keçirilməsi üzrə mövcud problemlər barədə müzakirələr apardıq, bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.

AzərbaycandaAzərbaycanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
fed.az

3Mənbələr