AZ

Borrel: “Ukrayna dəstəyimiz olmadan özünü müdafiə edə bilməz”

“Avropa İttifaqı (Aİ) Ukraynadakı itkilərdən təəssüflənir, lakin hərbi yardımın davam etdirilməsini zəruri hesab edir”.Elchi.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrel deyib.“Mən müharibəni necə bitirəcəyimi bilirəm. Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, müharibə tez bitəcək, çünki Ukrayna bizim dəstəyimiz olmadan özünü müdafiə edə bilməz”.Onun sözlərinə görə, Avropa ölkələri Kiyevi dəstəkləməklə öz təhlükəsizliklərini qoruyurlar. Diplomat qeyd edib ki, Avropa İttifaqı Ukraynanın suverenliyinə hörmət edən və ona təhlükəsizlik təminatları verən dünya istəyir.Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ liderlərinə yazdığı məktubda onları Ukraynadakı münaqişədə atəşkəs şanslarının artdığını bildirmişdi.YeganəMənbə: RİA.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
elchi.az

1Mənbələr