AZ

"Stimul Hospital"da 32 yaşlı qadının ölümü ilə bağlı DETALLAR

Bakıda yerləşən "Stimul Hospital"da 32 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı iyulun 9-da klinikada vəfat edib. Onun meyiti ekspertiza müayinəsindən keçib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Özəl xəstəxana isə xəbəri təkzib edib. "Stimul Hospital"dan Oxu.az-a bildirilib ki, orada belə bir hadisə baş verməyib.

***
11:24


Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə "Stimul Hospital"da qeydə alınıb.

Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.

A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
demokrat.az

5Mənbələr