AZ

Prospektdə maşın xarab oldu, Koroğlu metrosuna qədər tıxac yarandı - VİDEO

Bəzən yollarda yaranan tıxacların səbəbi avtomobil sayının çoxluğu ilə deyil, sürücülərin məsuliyyətsizliyi ilə bağlı olur. Bu gün paytaxtın Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində tıxac yaranıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb. Belə ki, 30 saniyəyə gediləcək məsafədə sürücülər 12 dəqiqə tıxacda qalıb. Səbəb isə yük avtomobilinin nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalması olub.

Qanunvericiliyə görə, məcburi dayanma hallarında sürücü qəza-dayanma nişanını və işıq siqnalını qoşmalı, daha sonra isə nəqliyyat vasitəsini hərəkət hissəsindən uzaqlaşdırmaq üçün mümkün vasitələrdən istifadə etməlidir.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
avtosfer.az

1Mənbələr